Dünən Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə gecə 01:00-da İstiqlaliyyət küçəsi ilə yüksək sürətlə irəliləyən “BMW” markalı avtomobilin idarəetməni itirməsi nəticəsində baş verib.
İdarəetməni itirən avtomobil yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən ağac aşıb.
Bunun da nəticəsində yaxınlıqda olan bir nəfər xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım vasitəsi ilə xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Oxu.Az xəbər verir bəzi KİV-in verdiyi məlumata görə, hadisəni törədən Kərim adlı şəxs tanınmış jurnalist Azər Qəribin oğludur.
Lakin tanınmış jurnalist Azər Qəribin Oxu.Az-a verdiyi məlumata görə, bu xəbər yalandır.
Jurnalist deyib ki, onun nə Kərim adlı oğlu var, nə də oğlu qəza törətməyib.
“Mənim nə Kərim adlı oğlum var, nə də oğlanlarımın “BMW” markalı avtomobili var. Ümumiyyətlə onlar saat 01.00-da öz evlərində olublar.
Elvin Əhmədov
www.oxu.az