Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.
Əlavə edək ki, avtomobili idarə edən R.Mustafayev “Qanun” Nəşrlər Evinin sürücüsüdür.
17:05
Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.