Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanınmış vəkilin hesabları ələ keçirildi: Adından pullar YIĞILIR
Tanınmış vəkilin adından saxta hesablar açan şəxslər onun adından pul yığıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a vəkil Hikmət Əliyev özü məlumat verib.
Onun sözlərinə görə, bu dələduzluq əməlləri "WhatsApp"və "Teleqram" proqramları üzərindən həyata keçirilib:
"Əvvəlcə mənim "Teleqram"dakı hesabım ələ keçirildi. Nömrə və şəkil mənə məxsus idi. Həmin şəxslər mənim "Teleqram"da yaxınlarıma, eləcə də vəkil həmkarlarıma yazaraq 100 manatdan 500 manatadək pul istəyiblər. Çox təəssüf ki, yaxınlarımdan bəziləri dələduzlara pul atıblar".
Vəkil onu da diqqətə çatdırıb ki, məsələ ilə bağlı artıq Daxili İşlər Nazirliyinin "102" Xidmətinə şikayət edib:
"Bu, hüquqi baxımdan məbləğdən və işin hallarından asılı olaraq inzibati və cinayət məsuliyyəti yarada bilər".
Hikmət Əliyev bildirib ki, pulu alınanlar arasında vəkillər də var: "Onlar çox güman ki, Vəkillər Kollegiyasının saytına girərək oradan vəkillərin şəxsi məlumatlarından nömrələrini götürüb və "WhatsApp" vasitəsi ilə mesajlar yazaraq pul istəyiblər".
Məlumat üçün bildirək ki, Hikmət Əliyev Bakı şəhəri 28 saylı Vəkil Bürosunun rəhbəridir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
- Nazirlikdən ŞAD XƏBƏR: Polisə getmədən qeydiyyata düşmək mümkündür
- DYP-nin Texniki Müayinə Mərkəzlərinin iş qrafiki dəyişib
- "KamAZ" gənci metrlərlə sürüdü: 2012 qəzanın ən dəhşətliləri ANBAAN kamerada
Rəylər