Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı
Çinin "China Southern" aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları yanvarın 20-dən martın 30-dək dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası məlumat yayıb.
Məlumata görə, hazırda dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: "China Southern"dən başqa, bunlar "Aeroflot", "China Eastern" və "Hainan Airlines"dır.
Uçuşların ləğvi 15-17 min insana təsir edə bilər. Qərarın səbəbləri hələ ki məlum deyil. Uçuşların ləğvinin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiya hava məkanında uçuşlardan çəkinmək tövsiyəsi ilə əlaqəli olması mümkündür.