Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakının əsas prospektində sürət həddi endirilib: Qatı DUMAN var
Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Yanvarın 13-ü axşam saatlarından etibarən Bakıda qatı duman müşahidə olunur.
Hazırda Bakının avtomobil yollarında görünüş məsafəsi xeyli azalıb.
Oxu.Az paytaxtda hökm sürən dumanlı havadan fotoları təqdim edir:
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Rəylər