Sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Düşən yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir.
Oğuzda 31 mm (aylıq normanın 42 %-i), Qəbələdə 28 mm (36%), Kişçayda (Şəki) 27 mm (41 %), Ordubadda 22 mm (175 %), Mingəçevirdə 15 mm (60%) olub.