“Təcili yardım xidmətləri fasiləsiz rejimdə çalışır. Ölkəyə 41 yeni təcili yardım avtomobili gətirilib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, iyun ayının sonuna qədər təcili tibbi yardım stansiyaları daha 30 avtomobillə təmin olunacaq:
“Bu gün təcili tibbi yardım xidməti öz gücündən artıq fəaliyyət göstərir. Kifayət qədər gərgin iş rejimində çalışan tibb işçiləri üçün maksimum şərait yaradılır”.
Könül Cəfərli