Təhsil Nazirliyi Kəlbəcər rayonunun 37 nömrəli tam orta məktəbində sinif çatışmazlığından şagirdlərə dərslərin yaxınlıqdakı marketdə keçirilməsi xəbərini araşdırıb.
Nazirlikdən Oxu.Az-a daxil olan məlumata görə, müəyyən edilib ki, Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəb müstəqil binada fəaliyyət göstərir.
Məktəb 2 növbəlidir, hər biri 28 m2 sahəsi olan 13 sinif otağı, 1 müəllimlər otağı və 1 kitabxanadan ibarətdir.
2014-2015-ci dərs ilində məktəbdə 20 sinif komplektində 481 nəfər şagird təhsil alır.
Məktəbin həyətyanı sahəsinin palçıqlı olması həqiqətə uyğun deyil. Əvvəllər market kimi fəaliyyət göstərmiş binadan məktəbin anbarı kimi istifadə olunur. Məktəb tam normal şəkildə fəaliyyət göstərir və bütün fənn müəllimləri ilə komplektləşdirilib.
Elvin Əhmədov
www.oxu.az