Rusiyanın Dövlət Dumasının spikeri Tehrana səfər edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, “Rusiya Dəmir Yolları” ASC İrandan Azərbaycana doğru və daha sonra Rusiyaya doğru dəmir yolu çəkib və elektrikləşdirmək niyyətindədir.
Bu barədə jurnalistlərə Dövlət Dumasının nəqliyyat üzrə komitəsinin sədri Yevgeni Moskviçev, Dövlət Dumasının spikeri Sergey Narışkinin İrana səfəri zamanı müzakirə ediləcək sualları şərh edərkən bildirib.
“Son üç-beş il ərzində ikitərəfli münasibət anlayışı var və dəmiryol, aviasiya və dəniz qovşaqları üzrə memorandumlar hazırlanıb və düşünürəm ki, 2015-ci ilin iyulunun başlanğıcında imzalanacaq”, - Moskviçev deyib.
Moskviçevin sözlərinə görə, son üç-beş il ərzində, dəmiryolu istisna olmaqla, bütün nəqliyyat növləri üzrə daşınmalar artır.
O, qeyd edib ki, 2012-ci ilə nisbətən, 2013-cü ildə İran və Rusiya arasında avtomobil daşınmaları 39 faiz artıb.
Narışkinin İrana səfəri zamanı İranın Parlamentinin sədri Əli Laricani, eləcə də qəbul edilən qərarların məqsədəuyğunluğunun müəyyənləşdirilməsi üzrə Şuranın sədri Əli Əkbər Haşemi-Rafsancani ilə görüş planlaşdırılıb.
Rusiya nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Aleksey Puşkov, Dövlət Dumasının konstitusion qanunvericilik və dövlət quruculuğu üzrə komitəsinin sədri Vladimir Pligin, Dövlət Dumasının energetika üzrə komitəsinin sədri İvan Qraçov, Dövlət Dumasının nəqliyyat komitəsi üzrə sədri Yevgeni Moskviçev, RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski daxildir.