Azərbaycanın Təhsil Nazirliyi ölkədə müəllimlərin bilik səviyyəsinin aşağı olmasından narazıdır.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, idarə müəllimlərin attestasiya nəticələrindən narazıdır.
“Son attestasiyanın nəticələrnə əsasən, tərəfimizdən 3 min vakant yer təklif edildi, lakin biz cəmi 1 mindən bir qədər çox müəllim toplaya bildik. Biz bu göstəricidən narahatıq və buna görə də, hazırda problemin öyrənilməsi ilə məşğul olan Təhsil problemləri institutuna, həmçinin müəllimlərin hazırlıq proqramına yenidən baxılması üçün Pedaqoji universitetə müraciət etmişik” – deyə, təhsil nazirinin müavini bildirib.