Oktyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında SSRİ Xalq artisti, professor, bəstəkar Arif Məlikovun 80 illik yubileyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, proqramda Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestri çıxış edəcək.
Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev.
Qeyd edək ki, Arif Məlikov müasir Azərbaycan musiqisinin görkəmli xadimidir. O, “Sevgi əfsanəsi”, “Yer kürəsində iki nəfər”, “İki ürəyin poeması” baletləri, “Dalğalar” operettası, səkkiz simfoniya, romanslar, onlarla müxtəlif simfonik əsər, kamera musiqisi, kino və teatr üçün musiqilərin müəllifidir.