Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Millət vəkili: Azərbaycanda siyasi məhbus yoxdur
Azərbaycanda siyasi məhbus yoxdur. Bunu bir dəfəlik anlamaq lazımdır.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova deyib.
O, İnsan Hüquqları Klubunun Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı siyahıya münasibət bildirərkən qeyd edib ki, bu həqiqəti əks etdirmir.
“Ancaq onu da bilmək gərəkdir ki, heç bir şəxs məsuliyyətdən azad olmur. Azərbaycanda kimsə siyasi baxışlarına görə həbs olunmayıb. Onların adlarını uydurma siyahıya salmaq tamamilə yanlış və xoşagəlməz bir haldır” - deyən komitə rəhbəri bildirib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər bir kəs qanun qarşısında cavab verməlidir.
Xatırladaq ki, İnsan Hüquqları Klubu Azərbaycanda yeni siyasi məhbuslar siyahısı hazırlayıb. Həmin siyahıda siyasi səbəblərə görə həbs edilmiş və barələrində azadlıqdan məhrumetmə cəzası çıxarılmış 142 nəfərin adı yer alır.
İnsan Hüquqları Klubu siyahını Avropa Şurasında keçirilən tədbirdə açıqlayıb.
"Milli Məclis" teqi üzrə xəbərlər
- ADA Universitetində "Qərbi Azərbaycan mövzusu 100 ildə" adlı dəyirmi masa keçirilib
- Rusiya parlamenti sədrinin birinci müavini: "Nəqliyyat məsələsi ilə bağlı mövzu xüsusilə aktualdır"
- Sahibə Qafarova: "Çoxtərəfli əməkdaşlıqda MBD-nin Parlamentlərarası Assmbleyasının rolu böyükdür"
- Valentina Matviyenko: "Əməkdaşlığımız bütün sahələrdə inkişaf edir"
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı