ANS televiziyasında “Günə baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun həyat yoldaşı ANS-in “Hökm” verilişin keçmiş əməkdaşına 20 min pul “atıblar”.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakı şəhərində indiyədək ona üz tutan insanların huquqlarını qoruyan şəxs indi öz hüquqlarını tapdalayaraq heçə sayan şəxsin cəzalandırılmasını istəyir.
Tanınmış hüquqşünas maşın sahibi olmaq istəyərkən, külli miqdarda pulundan olub. ANS telekanalında yayımlanmış “Hökm” verilişinin aparıcısı, sabiq millət vəkili Gülər Əhmədovanın da hüquqlarını qorumuş Zülfiyyə Bayramovanın ümumilikdə 20 000 manata yaxın pulu mənimsənilib.
Məlumata görə, Z.Bayramova 2012-ci il avqustun 12-də avtomobil almaq üçün maşın biznesi ilə məşğul olan Amid Qurbanova 15 500 manat verib. Daha sonra isə həmin şəxsə Nəriman Nərimanov heykəlinin yaxınlığında 3 000 manat verib. A.Qurbanov həmin pulları etibardan istifadə edərək mənimsəyib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları A.Qurbanovu həbs edərək istintaqa təhvil veriblər.
Lakim, Polis İdarəsindən publika.az-a verilən məlumata görə, aldığı pulun müqabilində Amid Zülfiyyə üçün Gürcüstandan avtomobil gətirməli olub.
Pul avqust ayında verilsə də, avtombil bu günə qədər gəlib çıxmayıb. Saxlanaraq istintaqa cəlb edilən Amid Qurbanov zərərçəkmiş tərəfindən şərləndiyini deyib:
“Zülfiyyəni 1 ilə yaxındır ki, tanıyıram. Onu ziyafət məclislərinin birindən tanımışam. Zülfiyyənin sürdüyü maşın mənimdir. Amma o, ərini aldadıb ki, guya maşın özünə məxsusdur. İndi məni şərləyir ki, ona borcum var. Gətirsin maşınımı qoysun cərimə meydançasına, aydınlaşdıraq, görək nə məsələdir”.
Faktla bağlı Yasmal RPİ-də CM-ni 178.3.2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə başlayanıb.
Qeyd edək ki, tanınmış hüquqşunas Zülfiyyə Bayramova ANS televiziyasında “Günə baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.