Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tələblərə cavab verməyən qülləli kranın istismarı dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Memarlıq Şəhərciyi 2021" MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana baxış keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, baxış zamanı qülləli kranın istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub.
Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və agentliyin qərarının surətləri sahibkara təqdim edilib.
Rəylər