Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Telefonlarımıza yüklənən bilmədiyimiz təhlükə - İzlənildiyinizə işarə ola bilər
Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də "casus app" adı ilə tanınan tətbiqlərdir.
Bu proqramlar vasitəsilə telefona daxil olmaq, zənglərə qulaq asmaq, sosial şəbəkə hesablarına asanlıqla müdaxilə etmək mümkündür. Hətta bu tətbiqlərdə "endirimli paketlər" də təklif olunur.
Bəs bu təhlükənin qarşısını necə almaq olar?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, bu, təkcə internet üzərindən deyil, həm də "Bluetooth" və digər protokollar vasitəsilə mümkündür.
"Əgər telefonunuz yaddaşı dolu olmadığı halda normadan artıq isinirsə və ağır işləyirsə, bu, izlənildiyinizə işarə ola bilər. İctimai yerlərdə açıq internetə qoşulduqda belə, həmin şəxslər telefonunuza daxil ola bilərlər. Bundan qorunmaq üçün tanımadığınız faylları açmamalı, ictimai "Wi-Fi" şəbəkələrindən uzaq durmalısınız", - deyə E. Abbasov xəbərdarlıq edib.
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, heç kim başqasının şəxsi həyatına müdaxilə edə bilməz. Belə hallar Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə sirrinin pozulması kimi qiymətləndirilir və qanunla cəzalandırılır.
Ətraflı süjetdə:

"Sosial şəbəkələr" teqi üzrə xəbərlər
- "VKontakte" sosial şəbəkəsinin fəaliyyəti bərpa olundu
- Əfqanıstanda sosial şəbəkələrdə və mətbuatda insan və heyvan şəkillərinin dərci qadağan edilib
- Bakı sakinlərinin həkimlərin özlərini reklam etməsinə reaksiyası
- Elgün İbrahimovun ölümü ilə bağlı müəmma yayanların əsas məqsədləri nələrdir?
- Sosial şəbəkə səhifələrində ağlasığmaz elanlar: "3 manata ər tap"