Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.
Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur.
Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər ki, terrorizmə qarşı mübarizə heç də bir dövlətin işi deyil:
"Terrorizmə qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır".
Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb
E.Ə.
www.oxu.az