"Əgər hər hansı vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz. Hər hansı stomatoloji fəaliyyətlə bağlı Səhiyyə Nazirliyinə rəsmi müraciət olunursa, məsələ dərhal araşdırılır, həmin müəssisələrə yoxlama göndərilir".
Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu kimi məsələlərlə bağlı cari şəkildə müraciətlər daxil olub və araşdırılır:
"Əgər stomatoloji fəaliyyət göstərmək üçün müvafiq sənədlər yoxdursa, həmin müəssisələr cərimələnir. Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi həmin mərkəzlə birlikdə məsələni diqqətdə saxlayır".
Məhərrəm Əliyev