Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tailandda turist avtobusu qəzaya uğrayıb, azı 18 nəfər həyatını itirib, itkin düşənlər var
Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tairath" qəzeti məlumat yayıb.
Hadisə 200 nəfərlik tur qrupu üç avtobusda daşınarkən baş verib. Belə ki, sonuncu avtobus idarəetmədən çıxaraq aşıb.
Həmin avtobusda 49 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıblar. Xilasedicilər itkin düşənləri axtarırlar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
"Tailand" teqi üzrə xəbərlər
Ən çox oxunanlar