Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək
"Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrinə təhvil veriləcək".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.
O bildirib ki, nəşlər xüsusi ayrılmış avtomobillərlə birliyin üç şöbəsinə - Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosuna, Sabunçu və Nəsimi rayon şöbələrinə aparılacaq:
"Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək. Ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək".
Ə.Həsənovun sözlərinə görə, cənazələr bu gün ailələrinə təhvil veriləcək:
"Qəzada həlak olanların nəşi müvafiq ekspertizadan sonra dəfn ediləcəkləri ünvanlara çatdırılacaq".
Xatırladaq ki, bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

Məhərrəm Əliyev
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"
- "Danışaq?" podkastının qonağı AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı mühüm məsələlərə toxunub
- Azərbaycan-Rusiya münasibətlərində asimmetriya: Paritet lazımdır!
- AZAL təyyarəsinin qəzası: Bakı kompensasiya tələbini beynəlxalq gündəmə gətirə bilər
- İmperiya təkəbbürü: Moskva Bakını şantaj edir
Rəylər