Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin və sərnişinlərin xatirəsi əbədiləşdirilib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan alpinistləri təyyarə qəzasında həlak olan qəhrəmanların adları yazılan anım lövhəsini "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində quraşdırıblar.
Anım lövhəsində ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın adları, həmçinin "Həlak olmuş ekipaj heyəti və sərnişinlərin xatirəsinə" sözləri qeyd olunub.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Tokayev: "Azərbaycan xalqı ilə birliyimiz təyyarə qəzasından sonra parlaq şəkildə özünü göstərib"
- AZAL təyyarəsinin qəzasında sağ qalan sərnişin: "Ən böyük yük isə stüardessanın üzərində idi"
- İqor Kşnyakinin qızı: "Qəza məni çox təsirləndirdi"
- AZAL təyyarəsində qəza anında nələr yaşandı? - "Son uçuş" sənədli filmi
- Komandir Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib