Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Təyyarə qəzasından sağ çıxan Nurulla Siracov həyat yoldaşı ilə görüşdü
Aktauda təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurulla Siracov onunla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən aydın olur ki, N.Siracov həkimlərin müşayiəti ilə klinikada həyat yoldaşına baş çəkib.
Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə olublar. N.Siracovun xəstəxanadan çəkilmiş videosunda o, həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi.
Həmin görüntüləri təqdim edirik:
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb