Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub?
"Təyyarəni idarə etmək üçün pilotun idarəetmə orqanlarına tam çıxışı lazımdır. Qəzaya uğrayan təyyarənin kənardan çəkilən görüntülərindən aydın olur ki, təyyarə ciddi zədələnib və idarəetmədə ciddi problemlər yaşanıb".
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bu sözləri AZAL-ın 15 illik təcrübəyə malik pilotu Sərxan Məhərrəmov deyib.
Onun fikrincə, belə kritik vəziyyətdə pilot olaraq doğru qərarı vermək olduqca çətindir. Məsələn, təyyarəni suya endirmək hər zaman doğru seçim olmaya bilər və ya bu, hər şəraitdə mümkün deyil.
Kapitan Sərxan Məhərrəmov bildirib ki, Aktau yaxınlığında təyyarənin bir neçə dəfə dövrə vurması təsadüfi deyil. Pilotların bunu etməkdə məqsədi təyyarənin 10-15 tonluq yanacaq çənini boşaltmaqdır.
Kabindən yayılan videolarda bələdçinin "20 nəfər qabağa gəlsin" ifadəsi ilə bağlı Sərxan Məhərrəmov qeyd edib ki, bu da pilotun göstərişi ilə həyata keçirilib və peşəkarlığın nümunəsidir:
"Təyyarə o qədər stabillikdən çıxıb ki, kapitan stabilliyi bərpa etmək üçün müəyyən sayda sərnişinin qabağa keçməsini istəyib. Bu yolla heç olmasa, az da olsa, stabillik bərpa olunub".
Pilotun sözlərinə görə, belə faciəli qəza zamanı 29 nəfərin sağ qalması kapitan və ekipajın verdiyi doğru qərarların və peşəkarlığın sübutudur.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan növbəti 22 nəfərin nəşi bu gün Bakıya gətiriləcək - ÖZƏL
- ICAO təyyarə qəzasının araşdırılması üçün ekspert göndərməyə hazırdır
- AZAL-ın əməkdaşı qəzada həlak olan ekipaj üzvləri barədə danışdı
- "Haber Global": "Ruslardan üstüörtülü etiraf - Təyyarə vurulan zaman HHM sistemi işə düşüb"
- Hökumə Əliyevanın cənazəsi Bakıya nə vaxt gətiriləcək?
Rəylər