Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sərnişin təyyarələrini vuran ölkələr - Dəhşətli aviaqəzaların pərdəarxası
Rayt qardaşları ilk təyyarəni konstruksiya edəndən sonra dünya artıq əvvəlki dünya olmadı. Tarixdə ilk dəfə olaraq "Flyer 1" təyyarəsində kimin uçacağına qərar vermək üçün qardaşlar 1903-cü il dekabrın 14-də mərc edirlər.
Oxu.Az BAKU TV-yə istinadla xəbər verir ki, ilk təyyarə uçuşu isə 3 gün sonra 17 dekabr 1903-cü ildə baş tutur. Elə ilk təyyarə qəzası da Rayt qardaşlarının adı ilə bağlıdır. Bu qəza 1908-ci il 17 sentyabrda baş verir. Təyyarəni Orvill Rayt idarə edirdi. O, ağır yaralanır. ABŞ-nin ordu zabiti isə həyatını itirir. Bu tarixin ilk təyyarə qəzası idi. O vaxtdan indiyədək müxtəlif illərdə, bir çox səbəblərdən baş verən təyyarə qəzaları insanları dərin kədərə qərq edib. Belə qəzalarda məhv olmuş hava nəqliyyatları arasında dünyanın bir çox inkişaf etmiş ölkələrinin sərnişin təyyarələri də var.
1974-cü ildə Fransada baş vermiş aviaqəza insan tələfatına görə ən böyük faciələrdən hesab olunur. Söhbət Türk Hava Yollarının 981 nömrəli reysindən gedir. Qəza Paris hava limanından qalxandan dərhal sonra salonun yük bölməsinin lyukunun açılmasından qaynaqlanır. Nəticədə, idarəetmə sistemi zədə alır. Təyyarə həddindən artıq yükləndiyi üçün lyuk açılır və 6 nəfər oturduqları qoltuqlarla birlikdə təyyarədən düşür. Pilotlar idarəetməni itirirlər və təyyarə meşəyə düşür. 346 nəfər sərnişin həlak olur.
Maraqlıdır ki, təyyarə istehsal edən "Makdonel Duqlas" şirkəti bu nasazlığı ilk mərhələdə bilsə də, onu aradan qaldırmağa çalışmamışdı. Məhz Paris üzərindəki qəzadan sonra digər təyyarələrdəki qapı mexanizmlərindəki nasazlıq aradan qaldırıldı. 1983-cü ildə SSRİ ilə ABŞ arasında hələ soyuq müharibə davam edirdi. Həmin illərdə hər iki ölkə öz hava məkanlarını ciddi qoruyurdu. SSRİ-nin şərq hava sərhədlərini ABŞ tərəfdən pozan "Boing" təyyarəsi əvvəl Saxalin, daha sonra isə Kamçatka üzərindən uçur.
Havaya qalxan sovet hərbçiləri qərara alırlar ki, bu "şpion" təyyarədir və hava gəmisini raketlə vururlar. Sonra məlum olur ki, bu Koreyaya məxsus sərnişin təyyarəsidir və göyərtəsində 269 nəfər var. Pilotlar marşrutdan çıxdıqlarına görə belə bir insident baş vermişdi. Bütün sərnişinlər həlak olsalar da, heç kəs cəzalandırılmır.
Havaya qalxması ilə yerə çırpılması arasında 38 saniyə olan təyyarə qəzası isə Taivanda baş verib. Təyyarə yolun düz ortasına çırpılır və hətta avtomobilə dəyir. Maraqlıdır ki, mühərrik yanmağa başlayan zaman pilot onu söndürmək istəyərkən səhvə yol verir və digər - işlək mühərriki söndürür. Çaya düşən təyyarədə 58 sərnişindən 15-i sağ qalır.
Sadaladığımız təyyarə qəzalarının siyahısını 26 minə çatdırmaq olar. Statistikaya görə, hər 1 milyon 300 min uçuşdan bir təyyarə qəzası baş verir. Yəni bu o qədər də tez-tez baş verə biləcək bir hal deyil. Bəs qəzalar ən çox hansı səbəblərdən baş verir?
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
- Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun ƏHƏMİYYƏTİ
- Zaxarova təyyarə qəzası ilə bağlı: "Diplomatlarımız artıq Aktauya göndəriliblər"
- Son dörd il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI
- AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı
- MDB liderləri AZAL təyyarəsində həlak olanların xatirəsini andılar
Rəylər