Bu şənbə, may ayının 20-si Fairmont Baku oteli bundan öncə yalnız Monako və St.Tropez kimi eksklüziv məkanlarda görülmüş əyləncəni Bakıya gətirəcək. H20 pool bar & grill – in açıq hovuzunun təntənəli açılışı, Fransız aşbaz Jeremy Cayron-un, fəqrli ölkələrə çoxsaylı səyahətlərindən ilhamlanan və bu tədbir üçün özəl olaraq hazırladığı menyusu, fəqrli musiqi ilə unudulmaz bir ab-hava yaradacaq.
Alov Qüllələri kompleksinin tam mərkəzində keçiriləcək hovuzkənarı açılış tədbiri eksklüziv yemək çeşidləri və sampan təklifləri ilə keçirdiyiniz vaxtı daha da qeyri-adi və maraqlı edəcək.
Tədbirin xüsusi qonağı, Ukraynadan Azərbaycana səfər edən məhşur və eyni zamanda da öz cazibədarlığı ilə seçilən, ulduz DJ Malinovskaya DJ dostları ilə birgə qonaqlara zövqlü musiqilərlə unudulmayacaq anlar yaşadacaq. Keçmiş model təcrübəsinə rağmən, o dünyanın ən tanınmış klublarında performansı ilə qəlbləri fəth etməyi bacarıb.
Bununla H20 pool bar & grill yay mövsümünün həftə sonu silsilə tədbirlərinə təntənəli açılış tədbirləri başlayaraq yaddaşlarda unudulmaz xatirələrə çeviriləcək.
Rezervasiya məlumatları:
Ətraflı məlumat və ya masa sifariş etmək üçün əlaqə saxlayın :
baku@fairmont.com | +99455 5050419
A.M.