Ötən gün "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olduqlarını iddia edən şəxslərin aşağı kurs tələbələrinə ünvanladıqları hədə-qorxu məzmunlu ifadələr cəmiyyətdə narazılıq doğurub.
Diqqətçəkən məqam isə həmin şəxslərin əvvəllər də digər tələbələrə qarşı fiziki zorakılıq tətbiq etdiklərini rahatlıqla etiraf etmələridir.
Məsələ ilə bağlı fikir bildirən tələbələrdən biri bu cür şəxslərdən uzaq durmağın vacibliyini vurğulayıb:
"Belə insanlardan uzaq durmaq lazımdır. Birinci kurs tələbələrinə təzyiq edənlərə xatırlatmaq lazımdır ki, vaxtilə özləri də birinci kursda təhsil alıblar".
Digər tələbə isə təhsil müəssisəsində bu cür halların qəbuledilməz olduğunu deyib:
"Belə halların yaşanmaması daha yaxşı olardı. Biz buraya təhsil almağa gəlmişik. Kiminsə bir başqasına zorakılıq göstərməyə haqqı yoxdur".