Xəbər verdiyimiz kimi, “Tosu Zəngilanlı” adı ilə tanınan tiktok fenomeni mərhum Əbülfəz Abbasov bu gün dəfn edilib.
AZXEBER.COM əməkdaşları mərhumun dəfn mərasimində iştirak ediblər.
Əbülfəz Abbasovun qardaşı özəl olaraq onun vəfatının təfərrüatını həmkarlarımızla bölüşüb:
“Qardaşım səhər yuxudan durdu və məndən su istədi. Nəfəs alma problemi olduğu üçün onu tez-tez yoxlayırdım. Bir saat sonra yenidən onu yoxlamağa gələndə gördüm ki, artıq keçinib. Bəzi saytlar Tosunun narkotik istifadə etməsi və ya atasının olmaması haqda yazırlar. Tosu ümumiyyətlə narkotik istifadə etməyib. Atası da sağdır. Dünən axşam toyda olub. Amma spirtli içki qəbul etməyib. Ciyərlərində və bronxlarında problem olduğu üçün nəfəs alması da problemli idi”.
Mərhumun nəşi yaşadığı Zəngilan şəhərciyindən Biləcəri qəbiristanlığına aparılıb və orada da dəfn edilib.
Qeyd edək ki, mərhumun anası ötən il koronavirusdan vəfat etmişdi.
15:14
“Tosu Zəngilanlı” kimi tanınan tiktokerin son görüntüləri yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, video Buzovnada keçirilən toy məclisində çəkilib.
Belə ki, onun bir qrup şəxsin əhatəsində rəqs etdiyi görünür.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram14:36
“Tosu Zəngilanlı” kimi tanınan tiktokerin ölüm səbəbi məlum olub.
Bizim.Media xəbər verir ki, o, yüksək dozada narkotik maddənin təsirindən dünyasını dəyişib.
Hadisə rayonlardan birində baş verib.
14:06
Son vaxtlar sosial şəbəkələrdə “Tosu Zəngilanlı” kimi tanınan tiktoker vəfat edib.
Bu barədə Baku.ws-ə mərhumun yaxınları məlumat verib.
“Tosu Zəngilanlı”nın bu gün dəfn olunacağı gözlənilir.
Hazırda dəfn prosesinə hazırlıq işləri görülür.
"Zəngilan" teqi üzrə xəbərlər
- Ədliyyə naziri Zəngilan rayonunda vətəndaşları qəbul edib
- Cəbrayılda yeni həyat: Azad edilmiş torpaqlarda bərpa və qayıdış davam edir - REPORTAJ - FOTO
- İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin sayı AÇIQLANDI
- Qarabağ və Şərqi Zəngəzurda su şəbəkəsinin bərpası üzrə son statistika açıqlandı
- Zəngilanda tikinti layihəsinə 27 milyon manata yaxın vəsait xərclənəcək
Digər xəbərlər