Tovuz rayonunda sakin müxtəlif xəsarətlər alıb.
“Report” xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1981-ci il təvəllüdlü İman Qasımov mübahisə zəminində başından və bədəninin digər nahiyəsindən xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.