Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tovuzda avtomobil aşdı, beş nəfər xəsarət aldı - SİYAHI
Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakinləri olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.
Xəsarət alan şəxslər aşağıdakılardır:
2000-ci il təvəllüdlü Məmmədova Aytac Elzar qızı;
1950-ci il təvəllüdlü Hüseynova Şöhlə Əmirasla qızı;
2001-ci il təvəllüdlü Məmmədov Qorxmaz Ağa oğlu;
1973-cü il təvəllüdlü Məmmədova Lalə Qorxmaz qızı;
1969-cu il təvəllüdlü Qənbərova Qahirə Qorxmaz qızı.
Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
"Bakı" teqi üzrə xəbərlər
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ