Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
Hələlik şəxsiyyəti naməlum qalan sürücü idarə etdiyi “Great Wall” markalı avtomobilin idarəetməsini itirərək, yol kənarında qazılmış çuxura salıb.
Yaralanmış sürücü Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.