Tovuzda yol polisi maşını qəzaya uğrayıb. Hadisə Bakı-Qazax yolunun Tovuz rayonunun Düz Qırıxlı kəndindən keçən hissəsində baş verib.
Baş Dövlət Yol Polisinin 9-cu Tağımının Yol Patrul Xidmətinin BMW markalı, 99-YP-910 dövlət nömrə nişanına malik avtomobili “Mitsubishi” markalı avtomobillə toqquşub və yol kənarındakı ağaca çırpılıb.
Oxu.Az-ın xəbərinə görə, xəsarət almış polis və digər maşının sürücüsü xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda DYP maşını ağır qəza törədib - VİDEO