Tovuzda məktəb müəlliminin ölümünün təfərrüatı bəlli olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Ələsgər Rəhimov öz evində hündürlükdə işləyərkən onu arı sancıb.
Nəticədə, Ə.Rəhimov hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
11:29
Tovuzda arı sancması nəticəsində məktəb müəllimi ölüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.
O, hadisə yerində keçinib.
Qeyd edək ki, Ə.Rəhimov Tovuz şəhər Mahir Ələkbərov adına orta məktəbin müəllimi olub.
Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev