Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda kütləvi zəhərlənmədə xəstəxanaya yerləşdirilən tələbələrin GÖRÜNTÜLƏRİ
Azərbaycanda tələbələr arasında kütləvi zəhərlənmə baş verib, səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Tovuz rayonu Peşə Təhsili Mərkəzində baş verən hadisənin təfərrüatını həmin tələbələr özləri "Xəzər Xəbər"ə danışıblar.
"Marketdən şirniyyat almışdıq. Bir az sonra vəziyyətimiz dəyişdi. Qrup yoldaşımın vəziyyəti daha ağır idi, yediklərimizi qusmağa başladıq. Hazırda özümü normal hiss edirəm", - deyə tələbə bildirib.
Dekabrın 24-də Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin "Kompüterlərin təmiri və xidməti üzrə texnik" və "Dərzi" ixtisası qruplarından olan bir qrup tələbə tənəffüs zamanı, təxminən saat 14:00-da yaxınlıqdakı marketdən tort alaraq onu öz aralarında bölüb yeyiblər.
Yarım saat sonra bir tələbə qızın halı pisləşib. Təhsil mərkəzinin işçiləri dərhal təcili tibbi yardım çağırıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Peşə Təhsili Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tələbə hospitalizasiya olunduqdan sonra digər 7 tələbə də özünü pis hiss edib.
"Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir, təhlükə sovuşub", - deyə açıqlamada qeyd edilib.
"Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00-da Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadaları göndərilib.
Hadisə yerindən 8 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.
Agentlikdən Oxu.Az-a verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.
Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Aygün Mirakif
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.
Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərləniblər.
Rəylər