Tovuzun Aşağı Öysüzlü kəndində adı Qırmızı kitabda olan nəhəng çinar ağacı kökündən qırılaraq yaxınlıqdakı avtomobil təmiri sexinin üstünə düşüb.
Oxu.Az TTV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib.
Yağışla müşayiət olunan güclü külək cəmi 5 dəqiqəyə ağacı aşıra bilib.
Təbii fəlakət zamanı xəsarət alan olmasa da ərazidən keçən elektrik naqillərinə və sexə böyük ziyan dəyib. Zərərçəkən Sərvan Abbasov hadisə ilə bağlı deyib:
“Düzələsi maşın var idi. Onu düzəltdim, yenicə uzaqlaşmışdım ki, möhkəm külək əsdi. Hiss elədik ki, nə isə oldu. Elə bildik zəlzələdir. Geri qayıdıb gəlib baxdıq ki, ağac aşıb”.