Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Oxu.Az xəbər verir ki, APA-nın Tovuz rayon hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 54 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb.
Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.
Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
17:53
Tovuz rayonunda ər və arvadın yanaraq ölməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, ekpertizanın ilkin nəticələrinə əsasən, Sevda Hüseynova öldürüldükdən sonra yandırılıb.
Onunla birlikdə ölən əri Yolçu Hüseynovun isə ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
16:01
Tovuz rayonunda ər və arvad yaşadıqları evdə yanaraq ölüb.
Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində baş verib.
Belə ki, kənd sakinləri Yolçu Hüseynov və həyat yoldaşı Sevda Hüseynova evdə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.