Tovuzda yol qəzasında ölənlərin adları məlum olub.
Oxu.Az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanlar Tovuz rayonu Hunanlar kənd sakinləri 1976-cı il təvəllüdlü Abuzərov Əli və 1976-cı il təvəllüdlü Abbasova Nabatdır.
12:32
Tovuzda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Əlimərdanlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində VAZ-21011 markalı avtomobillə “Mitsubishi” markalı avtomobil toqquşub. VAZ markalı avtomobildə olan 4 nəfərdən 2-si xəsarət alıb, bir qadın və bir kişi ölüb. Hazırda yaralıların və ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı əlavə məlumat veriləcək.
Samir İsayev