“Cari ilin 10 ayında 47 519 əlillik statusu alan şəxsin böyük əksəriyyəti onkoloji və psixi xəstəliklər səbəbi ilə müraciət edib”.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, göz və sinir xəstəlikləri də əlillik səbəbinə ön sıralarda yer alan diaqnozlardandır:
“Eyni zamanda bu il travmaların sayı kifayət qədər artıb. Ötən illərlə müqayisədə bu artımın səbəbi bizə Zəfər qazandırmış Vətən müharibəsində yüzlərlə yaralanmış qazimizin əlillik statusunun təsdiq edilməsindən irəli gəlir”.
Könül Cəfərli