Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında qeydə alınıb.
Bu barədə Oxu.Az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub.
19:24
Noyabrın 13-də 19:06-da Türkiyə-İran sərhədində maqnitudası beş olan zəlzələ qeydə alınıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında üç bala qədər hiss olunub.
19:07
Naxçıvanda zəlzələ olub.
Oxu.Az xəbər verir ki, yerli vaxtla saat 18:58-də Naxçıvanda zəlzələ qeydə alınıb.
Zəlzələ üç bala qədər hiss olunub.