Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda Şimali Kiprin yaradılmasının 40 illiyi qeyd edilib - FOTO/VİDEO
Bakıda Şimali Kipr Türk Respublikasının elan edilməsinin 40-cı ildönümü münasibətilə rəsmi ziyafət verilib.
“Report”un xəbərinə görə, tədbirdə Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatları, siyasətçilər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Ziyafətdə çıxış edən U.Turqaner söyləyib ki, bütün çətinliklərə baxmayaraq Kipr Türk xalqı bu gün Şimali Kipr Türk Respublikasının bayrağı altında azad şəkildə yaşamaqdadır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərindən bəhs edib. Bildirib ki, bu münasibətlərin inkişafı məmnunluq doğurur.
Sonda xatirə fotosu çəkilib.

"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"