Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə vətəndaşı Şərurda qəza törədib, ölən var - FOTO
Şərur rayonunun Cəlilkənd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, Şərur sakini Hüseyn Orucovun idarə etdiyi 68-BH-979 nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətəndaşı olan Bünyamin Erekin idarə etdiyi yük maşını (TIR) toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü Hüseyn Orucov hadisə yerində ölüb, TIR sürücüsü Bünyamin Erek yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
"Şərur" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər