Türkiyənin İzmir vilayətinin Buca şəhərində azərbaycanlı həkim evində ölü tapılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı Şahin Mehdiyevin meyitini Göksu məhəlləsi 637/67 ünvanında yerləşən evində həyat yoldaşı aşkarlayıb.
Bildirilir ki, sərxoş olan əri Şahin Mehdiyevlə dava edən qadın evdən gedib.
Gecə saatlarında evə qayıdan qadın ərini yerə uzanmış görüb və dərhal həkimə, polisə zəng vurub.
Hadisə yerinə gələn həkimlər Mehdiyevin öldüyünü təsdiqləyiblər. Həkimin cəsədi araşdırma aparılmaq üçün İzmirin morquna aparılıb.
Bildirilir ki, Azərbaycan əsilli Türkiyə vətəndaşı olan Mehdiyev Qarabağlar şəhərində poliklinikada həkim işləyirmiş.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.