Dünən Türkiyədə ərinin zülmü ilə üzləşmiş azərbaycanlı qadın haqqında məlumatlar yayılmışdı.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, həmin məlumatda bildirilənə görə, hazırda Antalyada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşı Elmira D. türk mətbuatına müraciət edərək, illərdir ki, işgəncəyə məruz qaldığını bildirib.
28 yaşlı Elmira 2 uşağının atası olan keçmiş əri, 33 yaşlı A.H.D-nin onu davamlı şəkildə təqib etdiyini, döydüyünü, işgəncə verdiyini və Azərbaycana gəlib uşaqlarını oğurladığını iddia edib.
Məlumatda o da vurğulanırdı ki, Elmira D. 8 il əvvəl Bakı Dövlət Universitetinin pedaqogika fakültəsində oxuyarkən Siirt vilayətindən olan A.H.D. ilə tanış olub və onunla evlənərək, Türkiyəyə gəlin köçüb.
Maraqlıdır ki, bu məsələ Türkiyədə kifayət qədər ciddi rezonans doğurub. Artıq hadisənin ciddiliyini nəzərə alan Türkiyə telekanalları həmin azərbaycanlı xanımın üzləşdiyi işgəncələri araşdırmağa başlayıblar.
Türkiyədə ərinin işgəncələrinə məruz qalan azərbaycanlı xanımın Show TV-yə açıqlamalarını diqqətinizə çatdırırıq: