Bu gün sosial şəbəkələrdə Dövlət Bayrağı Meydanında Türkiyədə baş vermiş faciə ilə əlaqədar bayrağın endirildiyi əks olunan fotoşəkillər yayılıb.
Dövlət Bayrağı Meydanı Kompleksi idarəsi Oxu.Az-a bu məsələ ilə bağlı açıqlama verib.
Məlumata əsasən, Dövlət Bayrağı Meydanında bayrağın endirilməsi matəmlə əlaqədar deyil, bayrağın endirilməsinin əsas səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır.
İdarədən bildirdilər ki, külək sakitləşəndən sonra bayraq yenidən qaldırılacaq.

Elvin Əhmədov
www.oxu.az