Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer Burak Tunçkol maraqlı addımı ilə diqqət çəkib. Belə ki, o, 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı qeyri-adi üsulla təbrik edib.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda fermerin şumladığı tarlasında Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü münasibətilə traktorla "Azərbaycan, cümhuriyyət bayramın mübarək olsun!" yazdığı görünür.
Fermerə bu iş üçün təxminən dörd saat lazım olub.
O, bunu yerli serial aktyoru Melikşah Özenin dəstəyi ilə etdiyini vurğulayıb.
"Burada məqsədimiz türklərin birliyini, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya göstərməkdir", - deyə o izah edib.
Tunçkol M.Özenin rejissorluğu ilə çəkilən "Karabağ Zaferi" adlı qısametrajlı filmini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmaq istədiyini bildirib.
M.Özen də milli duyğularla bayram keçirdiklərini və tezliklə Azərbaycanın dövlət başçısı İ.Əliyevi ziyarət etmək istədiklərini deyib.
Mənbə: Alternatif Gazetesi