Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Tut ağacı”nda yeyib-içmək Salyan sakinlərinə baha başa gəldi: Hərəsinə 200 manat cərimə - FOTO/VİDEO
Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Salyan şəhəri Ələt-Astara yolunun 55-ci km-də yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib.
Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada 200 manat məbləğində cərimə olunublar.
Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.
"Astara" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub
- Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
- Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
- Evlənmək istəyən oğlan anasını əsa ilə DÖYDÜ
Rəylər