Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir.
Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır.
S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub.
İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib:
“Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim. Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”.
Üç övladını Xocalıda öz əlləri ilə basdıran Sədaqət Hüseynova onların məzarları başında - VİDEO
Rəylər