Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Üç uşaq anası olan hamilə qadının ölümünün TƏFƏRRÜATI
Gədəbəy rayonunda hamilə qadının ölümü ilə bağlı bəzi təfərrüat məlumat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gədəbəyin Çobankənd kənd sakini 1996-cı il təvəllüdlü Nisə Abdullayeva qanaxma səbəbindən yaşadığı evdə vəfat edib.
3 uşaq anası olan qadının 24 həftəlik hamilə olduğu bildirilib.
Qeyd olunub ki, Perinatal Mərkəzə qadının cansız bədəni gətirilib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 10 sentyabr tarixində saat 10:30-da 1996-cı il təvəllüdlü qadın yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həkiməqədər ölümü baş verib.
Məhərrəm Əliyev
Rəylər