ABŞ-nin Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harris seçki yarışında əsas rəqibi respublikaçı Donald Trampla debatda üstünlük qazanıb. Belə ki, tamaşaçıların 44%-i onun problemləri daha yaxşı başa düşdüyünü bildirib.
Oxu.Az-ın məlumatına görə, bu, CNN telekanalının sorğusunun nəticələrindən bəlli olub.
Tramp tamaşaçıların 40%-nin dəstəyini qazanıb. Telekanal qeyd edir ki, bu göstərici Harrisin xeyrinə dinamikanın dəyişdiyini göstərir. Debatdan əvvəl keçirilmiş oxşar sorğunun nəticələrinə görə, seçicilərin 43%-i Trampın, 39%-i isə Harrisin lehinə çıxış edib. Eyni zamanda, debatdan sonra tamaşaçıların əksəriyyəti iqtisadi məsələlərdə Trampa üstünlük veriblər. Bu baxımdan sorğu iştirakçılarının 55%-i respublikaçının baxışlarını dəstəkləyib, Harrisin siyasəti xəttini isə yalnız 35%-ə yaxın vətəndaş dəstəkləyib.
Bununla belə, respondentlərin 82%-i keçirilmiş debatdan sonra bu və ya digər namizədin lehinə seçimlərini dəyişməyəcəklərini bildiriblər. Tamaşaçıların daha 14%-i debatların onları öz fikirlərinə yenidən baxmağa məcbur etdiyini etiraf etsə də, nəticədə seçki yarışında iki rəqibdən birinin dəstəyinə əsaslı şəkildə təsir etmədiyini bildiriblər. Öz növbəsində, sorğu iştirakçılarının 4%-i keçirilmiş debatdan sonra səslərini digər namizədə verəcəklərini bildiriblər.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
ABŞ-nin Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harris seçki yarışında əsas rəqibi respublikaçı Donald Trampla debatda üstünlük qazanıb. Belə ki, tamaşaçıların 44%-i onun problemləri daha yaxşı başa düşdüyünü bildirib.
Rəylər