ABŞ Prezidenti Donald Tramp siyasi rəqibləri olan Demokratlar Partiyasına 2024-cü il seçkisində məğlub etdiyi Kamala Harrisi yenidən prezidentliyə namizəd irəlü sürməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Tramp polis akademiyasında çıxışı zamanı Harrisin Co Bayden administrasiyasında vitse-prezident kimi sərhəd təhlükəsizliyinə cavabdeh olduğunu bildirib.
O, Harrisin sərhədə heç vaxt getmədiyini və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti ilə əlaqə saxlamadığını deyərək bunu istehza ilə qeyd edib.
"Amma qalan məsələlərdə o, əla işləyib. O, əla namizəd idi. Düşünürəm ki, onlar Harrisi yenidən namizəd göstərməlidirlər", - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkisində Kamala Harrisi məğlub edərək ikinci dəfə ABŞ prezidenti seçilib.