Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ukraynanın Mədəniyyət Nazirliyi azərbaycanlı cazmenə xəbərdarlıq etdi
Avqust ayının 17-də Ukraynanın Mədəniyyət Nazirliyi rəsmi saytında “Koktebel Jazz Party” Krım festivalının iştirakçıları olan xarici vətəndaşların siyahısını tərtib edərək, onlara yarımadaya Ukrayna tərəfi ilə razılaşdırılmadan gedəcəkləri təqdirdə nəticələr barədə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, siyahıda əslən azərbaycanlı cazmen Vaqif Sadıxov da var.
“Ukrayna Mədəniyyət Nazirliyi bu səfərin Ukrayna tərəfi ilə razılaşdırılmadığını diqqətə çatdırır”, - məlumatda deyilir.
“Bu tədbirə xarici mədəniyyət xadimlərinin gəlməsinin nəticəsi, onların Ukrayna ərazisinə girmələrinə qadağanın tətbiqidir”, - nazirliyin mətbuat xidməti Ukrayna Mədəniyyət naziri Vyaçeslav Kirilenkonun sözlərindən sitat gətirir.
Qeyd edək ki, “Koktebel Jazz Party” festivalı avqustun 23-dən 30-na qədər davam edəcək.
Koktebelin özündə, təşkilatçısının “Rossiya seqodnya” BİA baş direktoru Dmitri Kiselyovun olduğu “Koktebel Jazz Party” festivalının keçirilməsi gözlənilir. Tədbir “Beş qitənin cazı” şüarı altında keçirilməlidi.
Vaqif Sadıxov Bakıda anadan olub, daha sonra hazırda yaşadığı Moskvaya köçüb.
Qeyd olunur ki, cazmen qondarma “erməni soyqırımı”nın tanınmasına qəti etiraz edənlərdəndir və öz yazılarında İrəvanın Azərbaycan şəhəri olduğunu qeyd edir.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı