Azərbaycanın Silk Way West aviadaşıyıcı şirkəti hava gəmiləri parkına bazar ertəsi Bakıya gələn yeni Boeing 747-8 Freighter təyyarəsini əlavə edib.
Oxu.Az-a “Azərbaycan Hava Yolları”dan (AZAL) verilən məlumata görə, bununla da, Silk Way West-in balansındakı Boeing 747-8 Freighter təyyarələrinin sayı üçə çatıb. 747-8 Freighter ilə yanaşı, aviaşirkət 3 Boeing 747-400 Freighter təyyarəsini də istismar edir.
Bundan başqa, Boeing korporasiyası ilə müqaviləyə əsasən, Silk Way West daha iki Boeing 747-8 Freighter alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi gözlənilir.
Qeyd edək ki, Silk Way West yeni Boeing 747-8 Freighter təyyarələrini almaqla, yük aviadaşımaları sahəsində biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni Boeing 747-8 Freighter təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.
Ülviyyə R. Əli
www.oxu.az